Ru
19:44 / 19 Oktyabr 2017

1 yaşlı uşaq su ilə dolu hamam vannasına düşdü

1506
Tovuz rayonunda uşaq hamam vannasına düşərək boğulmaq təhlükəsi ilə üzləşib.

 

BakuPost.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Yanıqlı kənd sakini, 1 yaş 6 aylıq Rüstəmzadə Nurlan Niyaməddin oğlu evdə valideynlərinin gözündən yayınaraq su ilə dolu hamam vannasına düşüb.

 

Valideynləri tez onu sudan çıxarsalar da, uşağın halı pisləşdiyindən onu xəstəxanaya aparıblar. Hazırda uşağa tibbi yardım göstərilir.

 

Vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər