Ru
16:35 / 12 Dekabr 2017

10 yaşlı Cahandarı xilas edək

1108
Məmmədli Cahandar 2007-ci ildə 7 aylıq beyin daxili qansızmayla məcburi olaraq qeysəriyyə yolu ilə anadan olub. 


Doğulduqdan sonra həkimlər ona uşaq serebral iflic diaqnozu qoyulub. Cahandar 10 ildir, bu xəstəlikdən əziyyət çəkir. Ailəsi indiyə qədər yaşadıqları evi, az-çox dəyəri olan bütün əşyalarını sataraq, onu müalicə etdirib. Ancaq Cahandar hələ də gəzə bilmir. Hazırda həkimlər diaqnozun beyindaxili iflicin tetrapalez formasında olduğunu söyləyirlər. İndiyə qədər bir çox klinikalarda imkanlarının yetdiyi qədər müalicəsini (fiziteropiya, nevroloji) etdiriblər. Ancaq artıq ailənin maddi imkanları müalicəyə yetmir. Çünki ailə vəziyyətləri xeyli ağırdır, ailə başçısı 2-ci qrup əlildir, işləmir, böyrəyinin biri yoxdur. Həkimlər Cahandarın müalicəsinin Almaniyada, Ukraynada mümkünlüyünü bildirir və əlavə edir ki, beyin müalicəsi də fizioterapiya ilə bərabər getməlidir. Əgər Cahandara implant qoyulsa, sərbəst gəzə biləcək. Uşaq müalicə olunmasa, ayaqları deformasiyaya uğrayacaq və ömürlük şikəst qalacaq. 


Onun xilasına yardım etmək istəyənlər aşağıdakı hesaba pul köçürə və yaxud telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:


Kod: 805465 M.H: AZ03NABZ01350100000002944 

VÖEN: İBAZAZ2X 

Hesab: (AZN) AZ73IBAZ33801019442711 


Ünvan: Şabran rayonu, Aygünlü kəndi 

Məmmədov Bəhram - tel: (077) 345-33-43; (070) 500-80-17

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər