120 minə yaxın pulsuz ağac tingi paylanıldı

1764
Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Hər ailə ağac əksin” şüarı altında keçirdiyi aksiya bu dəfə bütün ölkə ərazisini əhatə edib.

Nazirliyin mətbuat xidmətindən BakuPost-a verilən xəbərə görə, noyabrın 17-də keçirilən aksiya zamanı Gəncədə 2300, Sumqayıtda 2500, Şəkidə 3000, Şəmkirdə 2000, Tovuzda 2200, Qubada 2000, Şabranda 2300, Şirvanda 2200, Bərdədə 2000, Cəlilabadda 2200, paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində 2000 və Binə qəsəbəsində isə 2500 ağac tingi paylanılıb.

"Bir şagird bir ağac əksin və qorusun” şüarı altında orta məktəblərdə təşkil edilən kampaniyada məktəblərə 80 min ting verilib.

Qeyd edək ki, ağac əkilməsinin təşviqi məqsədilə noyabrın 9, 12 və 17-də keçirilən aksiyalarda respublika üzrə ümumilikdə 120 minə yaxın müxtəlif növ ağac tingi paylanılıb. İnanırıq ki, vətəndaşlar bu tingləri əkəcək, onlara qulluq edəcək və qoruyacaqlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi payız əkini kampaniyalarına qoşulmağa, ağac əkməyə, ona qulluq etməyə və qorumağa çağırır.
 

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər