Ru
00:53 / 18 Fevral 2019

124 Azərbaycan vətəndaşının Gürcüstana girişi yasaqlandı

1629
Cari ilin yanvarında
1587 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb. Onların 124-ü Azərbaycan
vətəndaşlarıdır. BakuPost-un "Azərtac”a istinadən məlumatına görə, bu barədə
Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.   Məlumatda bildirilir
ki, ötən ay Gürcüstana buraxılmayan əcnəbilər arasında ən çox İran vətəndaşları
olublar – 576 nəfər. Siyahıda ikinci yerdə 366 nəfərlə Hindistan dayanır.   Yanvarda 116 nəfər
Türkiyə, 72 nəfər Türkmənistan, 58 nəfər Rusiya, 50 nəfər Ermənistan, 44 nəfər
Özbəkistan, 28 nəfər Pakistan, 16 nəfər Misir, 15 nəfər İraq, 13 nəfər
Qırğızıstan və 11 nəfər Qazaxıstan vətəndaşı Gürcüstana buraxılmayıb.   Qeyd edək ki, 2018-ci
ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında Gürcüstana buraxılmayanların
sayı 50 faizdən çox artıb. Ötən ilin yanvarında ölkəyə 1047 əcnəbi vətəndaş
buraxılmayıb. Ümumiyyətlə, 2018-ci ildə 3200 nəfər İran, 2200 nəfər Hindistan vətəndaşı
Gürcüstana buraxılmayıb. Viza rejimini pozan əcnəbilər arasında da ən çox İran
vətəndaşları olublar – 1500 nəfər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər