18 yaşlı qız arıqlamaq üçün dərman içdi, öldü - Yevlaxda

497
Yevlax rayonunda 18 yaşlı qız xəstəxanada ölüb.

BakuPost Report-a istinadən xəbər verir ki, 2000-cı il təvəllüdlü Sona Vüqar qızı Əliyeva ötən gecə səhhətində yaranan narahatlığa görə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Gənc qız müayinə edildikdən sonra səhər saatlarında tibb müəssisəsində dünyasını dəyişib. 
 
Qafqazinfo-nun məlumatına görə o, evdə arıqlamaq üçün kömür tabletkası qəbul edib. 

Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər