18 yaşlı qızı 17-ci mərtəbədən kim atıb? - Bakıdakı dəhşətli hadisənin detalları açılır/ YENİLƏNİB

2947
Bu gün Bakı şəhərinin Yasamal rayonunda 18 yaşlı qızın özünü 17-ci mərtəbədən ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar dəqiqləşib.
 
BakuPost Lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində - Əsəd Əhmədov küçəsində "Şərur MTK”ya məxsus kompleksdən özünü ataraq intihar edən 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızının hadisə vaxtı aşağı mərtəbədəki kondisionerə çırpıldığı və paltarının oraya ilişməsi səbəbindən alt paltarı ilə yerə çırpıldığı məlum olub. Onun kondisionerin dirəyinə ilişmiş paltarı maddi sübut kimi götürülüb.

Bildirilir ki, N.Vəliyevanın son günlərdə ailədə bəzi problemləri olub və evi tərk edib

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.
 
 * * *

Bakıda bu gün səhər saatlarında 17-ci mərtəbədən özünü ataraq intihar etdiyi bildirilən gənc qızla bağlı yeni nüanslar meydana çıxıb.

BakuPost Sputnik-ə istinadən xəbər verir ki, müstəntiqlər hadisənin intihar olduğu barədə qənaətə gəlməyə tələsmirlər. Çünki 18 yaşlı Vəliyeva Nərgiz Rövşən qızı həmin binada yaşamırmış və hadisədən əvvəl mənzildə tək olmayıbmış. İstintaq hazırda həmin gecə gənc qızla birlikdə olan şəxsi – gənc oğlanı axtarır.
 
İstisna deyil ki, söhbət qətldən gedir. Belə ki, qızın balkondan aşağı atıldığı versiyası istisna olunmur. Çünki qonşular mənzildə dava-dalaş və qadın ağlaması səsi eşidiblər, ardınca tappıltı səsi gəlib və alt paltarında gənc qızın aşağı atıldığı məlum olub.
Yerdə çəkilmiş cəsəd izi
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər