2 kq-a yaxın marixuana satarkən tutuldu

1147
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan BakuPost-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki, o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər