2 nəfəri it dişlədi

1776
Qaxda iki nəfəri it dişləyib.

BakuPost-un APA-ya istinadən məlumatına görə, bu gün axşam saatlarında rayonun Turaclı kənd sakini, 1964-cü il təvəllüdlü Tofiq Nadir oğlu Nadirov və rayonun Üzümlü kənd sakini 1954-cü il təvəllüdlü Gülarə Hidayət qızı Ağamiyeva it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan bildirlib ki, müayinə zamanı Tofiq Nadirovun sağ ayağının baldır, Gülarə Ağamiyevanın isə hər iki əlini it dişlədiyi məlum olub. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər