Ru
23:03 / 16 Oktyabr 2017

Azərbaycan neftinin son qiyməti

826
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 58,37 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 1,04 dollar/barel çoxdur.

 

BakuPost.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 13-də 57,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,04 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 13-də 55,32 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 13-də 56,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər