Ru
23:09 / 19 Oktyabr 2017

Azərbaycan neftinin son qiyməti

789
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,16 dollar/barel çoxdur.

 

BakuPost.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 55,74 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər