Ru
14:19 / 20 Noyabr 2017

Bakıda türkiyəli iş adamının zavodu partladı - Ölən və yaralanan var/ YENİLƏNİB/ FOTO

3811
Bakıda zavodda partlayış olub.

 

BakuPost.az APA-ya istinadən xəbər verir ki, partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

 

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

 

Hazırda hadisə yerində araşdırma aparılır. 

  13:00

***

 


Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alimunium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

 

Bakıda türkiyəli iş adamının zavodu partladı -  Ölən və yaralanan var/ YENİLƏNİB/ FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər