Ru
12:30 / 22 Noyabr 2017

Gömrükdə telefon əməliyyatı

722
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Dövlət Gömrük Komitəsindən BakuPost.az-a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2 ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər