Ru
12:34 / 16 Yanvar 2018

Monitorinq insidentsiz başa çatıb

551
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu Sarıcalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


BakuPost.az xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən trend-ə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Gennadi Petrika keçirib.


Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər