Bitkoin bahalaşdı

470
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bir qədər bahalaşıb.

BakuPost xəbər verir ki, bitkoin bu gün 6,4 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,38% artaraq 6,44 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, "Ethereum" 2,45% və ya 318,86 dollaradək ucuzlaşıb, "Ripple" 1,33% (0,3037 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,28 (578,35 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 216,02 milyard dollar təşkil edir və bunun 51,2% faizi bitkoinin payına düşür.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər