Ru
23:50 / 12 Noyabr 2018

Azərbaycan nefti ucuzlaşıb

2000
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 70,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,48 dollar/barel azdır.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.


FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 69,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,59 dollar/barel azdır.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti son qiyməti 66,66 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,31 dollar/barel azdır.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 67,96 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,64 dollar/barel azdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər