Ru
12:50 / 14 Noyabr 2018

Hava yağmursuz olacaq

1553
Bu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 10-12 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında gündüz saatlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 11-16, dağlarda 3-7 dərəcə isti təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər