Ru
00:00 / 17 Noyabr 2018

Azərbaycan nefti bahalaşdı

2358
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 68,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,81 dollar/barel çoxdur.


BakuPost Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 15-də 67,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,76 dollar/barel çoxdur.


Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 15-də 63,66 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.


Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 15-də 65,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər