Ru
17:50 / 15 Fevral 2019

İstirahət günlərində rayonlara səyahət etmək istəyirsiniz? - Havadan xəbərdar olun

2932
 


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumatda görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, fevralın 16-17-də bu bölgədə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 5-9 dərəcə isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta təşkil edəcək.


Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Fevralın 17-də gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 5-8, dağlıq rayonlarda 0-3 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Fevralın 17-də gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-9 dərəcə isti təşkil edəcək.


Naxçıvan MR-da havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Fevralın 17-si gündüz hava əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.


Paytaxt qonaqlarının isə nəzərinə çatdırılır ki, havanın yaxın iki gündə arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Fevralın 17-də gündüz yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 5-7 dərəcə isti təşkil edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər