Ru
13:22 / 21 Noyabr 2018

21 yaşlı qız özünü 14-cü mərtəbədən atdı - Türk sevgilisinə görə

1960
Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub.


BakuPost xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.  Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb.


Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb. 


İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb.


Hadisənin şahidləri hündürdən düşən qızın cəsədinin hissələrə parçalandığını bildiriblər.


O da məlum olub ki, qızın tanışları bu barədə sözügedən Türkiyə vətəndaşına xəbər veriblər. O isə dərin təəssüf hissi keçirdiyini, belə bir hadisənin baş verəcəyini ağlına belə gətirmədiyini deyib.


Faktla bağlı araşdırma davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər