2,2 metr uzunluğunda iki gürzə öldürüldü - Şamaxıda

2026
Şamaxı rayonunda bu mövsüm üçün xarakterik olmayan hadisə baş verib.

BakuPost-un "trend”ə istinadən xəbərinə görə, rayonun Çöl Göylər kəndində iki gürzə peyda olub. Gürzələrin hər birinin uzunluğu 2 metr 20 santimetr olub.

Sakinlər bildirirlər ki, ilanlar heyvanların otlaq sahəsində aşkarlanıb. Həddindən artıq təhlükəli olan hər iki ilan kənd sakinləri tərəfindən öldürülüb.

Xatırladaq ki, ötən il Ağsu rayonunun Bico kəndi ərazisində də belə bir hadisə baş vermişdi.

Kənd sakinləri dağlıq ərazidə uzunluğu 2 metr 60 santimetr olan nəhəng Qafqaz gürzəsini ov tüfəngi ilə öldürmüşdülər.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər