3-cü sinif şagirdi özünü niyə öldürmək istədi?

1435
Bakıda özünü 3-cü mərtəbədən atmaq istəyən məktəblinin psixoloji durumunda, davranışında pozuqluq aşkar olunub.

BakuPost xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. O bildirib ki, uşağın intihara cəhd etməsinin dinə heç bir aidiyyatı yoxdur.

"Onun hərəkətlərində nə ailəsinin təsiri var, nə də hansısa radikal dini çaların. Araşdırma zamanı sadəcə uşağın davranışında psixoloju pozuqluğun olduğu və bu cür hərəkət etdiyi məlum olub”.

Qeyd edək ki, 302 nömrəli tam orta məktəbin III sinif şagirdi özünü 3-cü mərtəbədən atmaq istəyib. Məktəbdən bildirilib ki, şagirdin dərsə dəvamiyyətinin yaxşı olmadığına görə müvafiq tədbirlər görülüb və aydın olub ki, şagird dini təriqətli valideynlərinin təsiri altındadır.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər