3 uşaq atası özünü asdı - Arvadı küsərək evdən getdiyi üçün

1098
Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.

BakuPost Report-a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə - Quba rayonuna gedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.

Ailənin üç oğlan övladı var

İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər