Ru
11:45 / 22 Noyabr 2017

35 yaşadək elmlər doktoru olanlara mükafat verilir - 5000 manat

847
Azərbaycanda 35 yaşadək elmlər doktoru olan alimlərə dövlət tərəfindən 5000 manat mükafat verilir.


Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev deyib.


Onun sözlərinə görə, Azərbaycanda 140 elmi müəssisə var: "Onların yalnız 40-ı, başqa sözlə, 30 faizi AMEA-nın tabeliyindədir. Elmi məhsuldarlığa baxdıqda, Tomson Reyters bazasına daxil olan elmi nəşrlərdə çap olunan məqalələrin 55 faizi AMEA-nın payına düşür".


D.Tağıyev deyib ki, dünyada tədqiqat və elmi tədqiqatla 7,8 milyon nəfər məşğul olur: "Ümumilikdə, son 10 ildə tədqiqat və elmi tədqiqatla məşğul olanların sayı 20 faiz artıb.

 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər