Ru
22:11 / 07 Oktyabr 2025

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” - VİDEO

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” - VİDEO
Eye

Sentyabrın 25-i Respublika Diaqnostika Mərkəzində əməliyyat olunan qadın vəfat edib.

Bakupost.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mərhumun qızı Lamiyə Quliyeva anası Ziyafət Səfiyevanın ölümündə həkimləri günahlandırır.

Onun sözlərinə görə, anasının başında xoşxassəli şiş aşkarlanıb və o, xəstəxanaya yerləşdirilərək əməliyyat olunub:

“Bizə Tural Rəhimli tərəfindən deyildi ki, bu, çox sadə əməliyyatdır, qorxulu heç nə yoxdur. Lakin əməliyyatdan bir gün sonra anamda kəskin beyin qanaması baş verdi. Belə vəziyyətdə biz 3 saat həkimi gözlədik, amma o, xəstəxanaya gəlmədi. Anam həmin müddət ərzində təcrübəsiz rezidentlərin və naşı tibb bacılarının nəzarətində qaldı. Yalnız anamın ağzından köpük gəldikdən sonra Tural Rəhimli xəstəxanaya gəlib və əməliyyata başladılar. Ondan anamın bu vəziyyətə düşmə səbəbini soruşanda isə “bilmirəm” dedi. Mənim anamın günahı nə idi? 36 min manat verdim, amma anamı öldürüb mənə verdilər”, – deyə Lamiyə Quliyeva bildirib.

Qeyd edək ki, şikayətlə bağlı xəstəxana rəhbərliyi ünvanlanan sualları cavabsız qoyub.

Ətraflı “Baku TV”nin videomaterialında:



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar