400-dən çox mağazada endirim başlayır - Apteklər, marketlər...

Bakıda keçiriləcək ikinci Şopinq Festivalında 400-dən artıq ticarət obyektinin iştirakı gözlənilir.

BakuPost.az xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-dən noyabrın 15-dək reallaşacaq festivala həsr edilmiş mətbuat konfransında deyib.

"Mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin ƏDV-nin qaytarılması sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim olunacaq. Budəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gələcək. Belə ki, ilk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bundan əlavə, bir sıra apteklər də festivala qoşulacaq”,- deyə nazir bildirib.
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

17 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər