6 evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı - FOTO

Bu gün Siyəzən rayon Polis şöbəsi əməkdaşlarının "isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov rayon Polis şöbəsinə gətirilib.

Aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabr ayının 10-dan noyabrın 10-dək daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbaq, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd "Nokia” markalı mobil telefon və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat dəyərində maddi ziyan vurub.

Onun mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf edib, törətdiyi əməldən peşman olduğunu bildirib.
Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.




Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

21 Noyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər