60 yaşlı qadın özünü kanala atdı - FOTO

1356

Beyləqan rayonunda 60 yaşlı qadın intihara cəhd edib.
 
BakuPost xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Görüş adlanan ərazidən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər rayonundan olan 1959-cu il təvəllüdlü Mənafova Zəhra Miri qızı körpüdən özünü kanala atıb. Rayon camaatının və həmin vaxt ərazidən keçən FHN işçisinin köməkliyi ilə qadını xilas etmək mümkün olub. Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Lakin qadının vəziyyəti ağır olduğundan insanlar təcili yardım maşınının gəlməsini gözləməyib. Onu şəxsi maşınlardan birinə mindirərək təcili yardım maşınına kimi aparıblar. Yolda qadın həkimlərə təhvil verilib.
 







ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər