“80 illik ömrümü çox yaxşı keçirmişəm” - Anar

1377
"80 yaş məni qorxutmur. Həyat hər mənada gözəldir. 80 illik ömrümü çox yaxşı keçirmişəm. Nədənsə gileylənə bilmərəm. Əsas odur ki, geriyə baxanda yaxşı anları xatırlaya bilirəm”.

BakuPost xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 80 yaşı ilə bağlı danışarkən deyib. 
 
Yubilyar bir məqamı da qeyd edib: "Onu mütləq deməliyəm. Bəzən belə düşünürlər ki, insanın yaşı artdıqca, həyata baxışı dəyişir. Amma mənim yaşım artdıqca həyata baxışım heç dəyişməyib. Təbriklərə gəlincə, dostlardan, yaxınlardan təbriklər alıram. Düzü, ilk kimin təbrik etdiyi yadımda qalmayıb. Amma doğum günü təbrikləri davam edir”.

Yazıçı Anar doğum günündə oxucularını da unutmayıb.

"Oxucularıma ancaq xoşbəxtlik arzulayıram. Onlar olmasaydı, biz də olmazdıq”.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər