Müğənni Emin Ağalarov ABŞ-da ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib.
BakuPost xəbər verir ki, iş adamı ona qarşı ABŞ-ın irəli sürdüyü ittihamları "fantastika" adlandırıb: "Mən heç bir qanunu, sərhədi və prinsipləri pozmamışam. Müzakirə olunan və ittiham kimi irəli sürülən bütün məsələlər fantastikadır”.
Xatırladaq ki, daha əvvəl müğənninin vəkili Skott Balber bildirmişdi ki, ABŞ-ın "Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun dindirilməsi ilə bağlı sorğu göndərib.