Ru
17:32 / 23 Yanvar 2019

Abbas Bağırovun köməkçisi həbs edildi

4085
 

Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib. 


BakuPost oxu.az-a istinadən xəbər verir ki, Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.


Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.


Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. 


Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. 


Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər