ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb

436
ABŞ REAL Partiyasının sədri İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb.
 
BakuPost Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyanatında bildirilib.

Qeyd edək ki, 13 avqust tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər