Ru
09:17 / 24 Yanvar 2019

- Maduro amerikalı diplomatlara 72 saat vaxt verdi ABŞ Venesueladakı çevrilişi dəstəklədi

3399

 

Yanvarın 23-də ölkə boyunca on minlərlə insan yürüş keçirirərək, sosialist prezident Nikolas Maduronun istefasını tələb edib. 




BakuPost xəbər verir ki, bu yürüşlərə çağırış etmiş Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

 

 

Polislər etirazçıların dağılması üçün gözyaşardıcı qazdan istifadə ediblər. Aksiyada azı 16 nəfər ölüb.



 


ABŞ prezidenti Donald Tramp isə  Maduronu hakimiyyətə qanunsuz yolla gəldiyini və seçkilərə hiylə qarışdırdığını bildirərək Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdığını bəyan edib.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiyini bildirib və o, amerikalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib. O, müraciətini Karakasdakı prezident sarayının eyvanından ünvanlayıb. 



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər