Abşeronda 9 mənzili soyan şəxslər ələ keçirilib - FOTO

1139
Abşeron rayon polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, Saray qəsəbəsində mənzillərdən oğurluq edən Elməddin Əliyev, Tural Dəmiroğlu və taksi kimi onlar əlbir olan Yusif Əbülhəsənov saxlanılıb. 

BakuPost-un "Report"a istinadən verdiyi məlumata görə, onlar rayonun Saray qəsəbəsində 9 mənzili qarət edərək oradan müxtəlif məişət avadanlıqları, pul və digər əşyalar oğurlayıblar.

Hadisənin digər iştirakçısı, taksi kimi fəaliyyət göstərən Yusif Əbülhəsənov isə oğurluqda özünü qismən günahkar hesab edib. O, daşıdığı malların sonradan oğurluq olduğu bilib.

Hazırda Abşeron rayon polis idarəsində vətəndaşlara dəymiş ziyanın məbləği müəyyənləşdirilir. 

Faktla bağlı cinayət işi açılıb araşdırmalara davam etdirilir.
 




ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər