Ru
22:22 / 15 Oktyabr 2017

- Evdən gələn qəribə səslər ailəni təşvişə saldı/ VİDEO Ağcabədidə müəmma

2229
Ağcabədinin Şahsevən kəndində yaşayan Əliyevlər ailəsi naməlum hadisə ilə üzləşib.


BakuPost.az xezerxeber.az-a istinadən bildirir ki, qaranlıq düşən kimi evdən qəribə səslər gəlir. Gecə saatlarında isə bu səslər daha da çoxalır.


Ev sahibi Səməndar Əliyev deyir ki, bu hadisə təxminən 10 il əvvəl də olub və sonradan səslər kəsilib. Son 2 ayda isə yenidən evin zirzəmisindən müxtəlif səslər gəlməyə başlayıb.

Ailə üzvləri evdə hansısa varlığın gəzdiyinə inanırlar. Mətbəxdə qablardan səslərin gəlməsi isə onların qorxularını daha da artırıb.


Bu hadisədən xəbər tutan kənd sakinləri bunu müxtəlif cür yozublar. Bəziləri bunu evdə cinlərin olması ilə əlaqələndiriblər. Ev sahibləri isə buna inanmır.


Ev sahibi bununla baglı sadəcə din xadimlərinə müraciət edib. Gecələr çıxan müəmmalı səslər isə hələ də davam edir.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər