Ru
15:46 / 24 Yanvar 2019

Ağcabədidə torpağa basdırılmış meyit tapılıb - Amansızlıqla öldürülüb

2660
 


Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Hindarx qəsəbə sakini H.Cənnətov yanvarın 20-də atası Əhlimanın yaşadığı qəsəbə ərazisindəki fermaya baş çəkməyə gedərkən atasını və 13 baş qoyunu orada aşkar etmədiyini bildirib.


DİN Mətbuat Xidmətindən BakuPost-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalara Ə.Cənnətovun yanvarın 19-da həmyerlisi M.Qasımov və onun qohumu, Şərəfxanlı kənd sakini S.Mamedzadə tərəfindən küt alətlə vurulması və kəndirlə boğduqdan sonra meyitinin fermanın yaxınlığında torpağa basdırılması, qoyunların isə M.Qasımova məxsus "VAZ-2107” markalı avtomobilə yüklənərək Hüsülü kəndi ərazisindəki heyvan bazarında satılması müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb.


Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən S.Mamedzadə saxlanılıb. M.Qasımovun da tutulması istiqamətində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılır.

Ə.Cənnətovun meyiti ekshumasiya edilib.


İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər