Ru
14:48 / 22 Noyabr 2017

Ağdamda evdə partlayış - Yaralılar var

730
Ağdamda sobanı kimyəvi məhlulla yandırmaq istəyən qadın və ailə üzvü xəsarət alıb.


BakuPost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eyvazlı kəndində baş verib.


23 yaşlı Xəlilova Türkan Akif qızı odun sobasını kimyəvi məhlulla yandırmaq istəyərkən ani partlayış baş verib.


Alovun T. Xəlilovanı bürüdüyünü görən ailə üzvü Əfsanə Əhmədova odu söndürməyə nail olsa da, özü də yanıq xəsarəti alıb.


Onların hər ikisi təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər