Adı 100 milyonluq oğurluqda hallanan bankir saxlanıldı

1260
"GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb.
 
BakuPost Virtualaz.org-a istinadən xəbər verir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tapıb yaxalayıblar.

Emin Zeynalovun ötən ilin aprelində "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb etdiyi və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödədədiyi, amma bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxdığı haqda bir neçə gün əvvəl məlumat yayılmışdı. Məlumatlarda bildirilirdi ki, Zeynalov pulları online valyuta birjası "Forex”ə yatırıb və iri məbləğdə ziyana düşüb. Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Lakin bu məlumatlar və qeyri-leqal pul dövriyyəsi sxemi haqda mətbuatda yazılanlardan sonra E.Zeynalov ötən gün saytlardan birinə açıqlama verib. Deyib ki, barəsində yayılan məlumatlara görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib və "tədbir görülməsini” istəyib. 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər