Ru
17:59 / 16 Noyabr 2018

Adil Əliyevdən 30 min rüşvət istəyən icra başçısı kimdir? - Deputat hədəf göstərdi

7167
Millət vəkili, Azərbaycan Kikboksink Federasiyasının prezidenti Adil Əliyevin dünən Müsavat.com-un canlı yayımında səsləndirdiyi bəzi fikirləri qalmaqala səbəb olub. Onun "elə icra icra başçısı var ki, bir qapının açılması üçün məndən 30 min rüşvət istəyir” fikri bütün medianın manşetinə çıxıb. Millət vəkilindən rüşət istəyən başçısının kimliyi isə marağa səbəb olub. 


Məsələ ilə bağlı BakuPost-un əməkdaşı Adil Əliyevlə əlaqə saxlayıb. O  bildirib ki, Bakının bir sıra rayonlarının icra başçısı ilə normal münasibətləri var.

Millət vəkili bir çox icra başçısının deputat sorğularına həssas yanaşdığını, sakinlərin problemləri ilə bağlı müraciət etdikdə dərhal reaksiya verdiklərini bildirib.

 

O, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Xətai rayonlarının adlarını xüsusi qeyd edib. Əlavə edib ki, deputat seçildiyi Nərimanov rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə daha sıx şəkildə çalışır, onunla həm də dostluq münasibətləri var: "Abdin müəllimlə bizim çox yaxşı münasibətlərimiz var. Rayonun inkişafı, seçiçilərimizin problemləri ilə bağlı birgə çalışırıq. Təkcə icra başçısı deyil, İcra Hakimiyyətinin demək olar ki, bütün vəzifəli şəxsləri ilə daim əlaqədəyik, tez-tez bərabər tədbirlər keçiririk. Elə dünən bir şəhid ailəsinin probleminin həlli üçün toplandıq və məsələni həll etdik. Cənab prezidentin tapşırıqlarına əsasən, əhlimizin rifahını yüksəltmək, onların qayğılarına şərik olmaq, problemlərini imkanımız çatdığı qədər aradan qaldırmaq istiqamətində rayon rəhbərliyi ilə hesab edirəm, çox səmərəli şəkildə əməkdaşlıq edirik”.


Qeyd edək ki, millət vəkili Adil Əliyev musavat.com-un canlı yayımına qatılıb. Deputat icra başçılarından birinin ondan 30 min manat rüşvət istədiyini dilə gətirib: "İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir. Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?” 


A.Əliyev sözügedən icra başçısının adını çəkməsə də, onun cəzalandırılması üçün müvafiq qurumlara müraciət etdiyini deyib.

 

Çingiz
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər