Ru
17:48 / 21 Yanvar 2019

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

3495
 


Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun "Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.


Azərbaycan Dövlət Tərcümə Mərkəzindən BakuPost-a verilən məlumata görə, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı "Sərçələr”, "Qəza”, "Can üstə”, "Dovşanın ölümü” kimi hekayələri daxil edilib.


Əsərləri ərəb dilində azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.


Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur "Əl-Ahram”, "Elwatannews” qəzetləri, "Almasryalyoum.com”, "gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur "AssiaPress” portalında geniş yazılar verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər