Ru
23:45 / 19 Oktyabr 2017

AFFA milli komandalarımızın baş məşqçilərini qovdu

745
AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.


BakuPost.az-ın Yenicag.az-a istinadən məlumatına görə, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.


Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.


Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.


Qeyd edək ki, U-17 millimiz  son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb – 2:1.


Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər