Ru
23:59 / 20 Yanvar 2018

Afrin əməliyyatı hansı ölkələrlə Türkiyəni üz-üzə qoyacaq? - ŞƏRH

3939
"Türkiyə Suriyanın Afrin ərazisini nəzarətə götürülməlidir ki, terrorçuların əlində böyük koridor olmasın. Türkiyənin bu əməliyyatda yeganə düşməni PKK, YPG və PYD terrorçu təşkilatlarıdır. Heç bir dövlət bu terrorçu təşkilatlara görə Türkiyə ilə savaşmaq istəmir və istəməyəcək”.


"BakuPost” xəbər verir ki, bu sözləri politoloq  Elxan Şahinoğlu Türkiyənin Afrində başladığı "Zeytun budağı” əməliyyatını şərh edərkən deyib. O bildirib ki, Rusiya bu əməliyyata görə Türkiyə ilə tərəfdaşlıqdan vaz keçməyəcək: "Rusiya XİN başlanan əməliyyata görə ABŞ-ı qınayıb. Çünki Türkiyənin növbəti dəfə Suriyaya müdaxiləsinin səbəbi ABŞ-ın terrorçu təşkilatlara dəstəyini artırması qərarıdır. Buna baxmayaraq, Amerika da silahlı kürd müttəfiqlərinə görə Türkiyə ilə üz-üzə gəlmək istəmir. İrana qaldıqda Türkiyənin Suriyaya müdaxilə edib PKK-nın törəmə təşkilatları ilə mübarizəsi onun da maraqlarına cavab verir, çünki özündə də radikal kürdlər var. 


Qaldı Bəşər Əsəd, bir az o, Türkiyənin müdaxiləsinə deyinəcək, barmaq silkələyəcək, ancaq Rusiyanın qorxusundan o da Türkiyə ilə savaşmayacaq.

Ərəb dünyasını isə Türkiyənin silahlı kürdlərlə mübarizəsi heç maraqlandırmır da. Demək, yol açıqdır, türk hərbçilərinə uğurlar arzulayırıq”.


BakuPost

Afrin əməliyyatı hansı ölkələrlə Türkiyəni üz-üzə qoyacaq? -  ŞƏRH
Afrin əməliyyatı hansı ölkələrlə Türkiyəni üz-üzə qoyacaq? -  ŞƏRH
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər