Ru
22:08 / 20 Fevral 2019

Agentlik sədri canlı yayımda Balakən sakinini işə dəvət etdi

2034
"ASAN xidmət”in bu il
açılacaq yeni mərkəzlərində çalışmaq istəyən həmin bölgələrin sakinləri indidən
sənədlərini hazırlamalıdırlar. BakuPost-un "Report”a istinadən məlumatına görə,
bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN
Radio"nun "QəbuldASAN" proqramında deyib.   Onun sözlərinə görə,
söhbət "ASAN xidmət”in açılacağı bölgələrdə yaşayan gənclərin işə qəbul
olunmasından gedir: "Çünki bu həm də yeni iş yerinin açılması deməkdir. Ona görə
də gənclərdən işə qəbulla bağlı sənədlərini indidən hazırlamalarını xahiş edirəm.
Biz və Dövlət İmtahan Mərkəzi (DİM) işə qəbulla bağlı elanı ictimaiyyətə təqdim
edəcəyik”.   Ü.Mehdiyev həmçinin
canlı yayımda "ASAN xidmət”in Balakən rayonunda açılacaq mərkəzində işləmək
üçün müraciət edən yerli sakin Qabil Mustafayevi məmnuniyyətlə işə dəvət
etdiyini və vakansiya elan olunan kimi sənədlərini təqdim etməyi istəyib.   Qeyd edək ki, bu il ərzində
Şamaxı, Kürdəmir, Ağcabədi, Tovuz və Balakən rayonlarında "ASAN xidmət” mərkəzləri
açılacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər