“Ailəmə toxunmayın” - Dado danışdı

"Heç bilmirəm son zamanlar bizdən yazılan hansı xəbərdən danışım. Ailəmizin dağılmağından, yoxsa uydurma xəbərlərdən? Mən elə kişi deyiləm ki, öz həyat prinsiplərimi pulun üzərində qurum. Adam kişi olar. Bu söhbəti yaradanlarla başqa cür danışarıq...”

BakuPost.az xəbər verir ki, bu sözləri reper Səid Əliyev (Dado) müğənni Natavan Həbibi ilə boşanması və münasibətləri barədə yazılanlara münasibət bildirərkən deyib. O,  ortada şər və böhtan olduğunu deyib: "Bəlkə kimsə özünü bu rolda görür, belə addımlara normal baxır, düşünür ki, şou-biznes insanlarıdır...  Xeyr... Mən o kəslərdən deyiləm. Mənim nə adım, nə də hissim satılır. Bu nə biabırçılıqdır edirsiniz?

Ailəmə toxunmayın. Natavan, olanlara görə məni bağışla, sən mənim ailəmsən. Mən sona qədər ailəmizin dağılmasına imkan verməyəcəm. Səni çox sevirəm”.

Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

14 Dekabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər