Ru
19:01 / 15 Yanvar 2018

“Ağıllı” unitaz yaradıldı - 1000 DOLLAR

2639
Las-Veqasda hər il keçirilən CES sərgisində bir çox innovativ tərtibatlarla yanaşı, "ağıllı” unitaz da təqdim edilib. 

 

İKT.lent.az-ın vevby.ru saytına istinadən məlumatına görə, bu unitaz nəcisin çəkisindən asılı olaraq sakitcə yuyur, sonradan sidiyin və nəcisin analizi ilə insana nə qədər sağlam olduğunu nümayiş etdirir. 


Çin mühəndislərinin təqdim etdikləri "ağıllı” unitazın bütün dünyada analoqu yoxdur. Bu unitazın yaradıcılarının məlumatına əsasən, istifadəçi öz sidiyinin və nəcisinin dərhal analizini apara bilir. Bundan başqa, unitaz həcmindən, səs və tezliyindən asılı olaraq bütün tullantıların ümumi çəkisini avtomatik olaraq müəyyən edəcək.

 

Belə bir qeyri-adi cihazın sahibi tualetə getdiyi statistikanı öz telefonuna da qoşa biləcək. "Android” üçün xüsusi əlavədə insanın nə qədər tez-tez tualetə getməsi, nəcisinin bütün tərkibi haqqında bütün məlumatlar əks olunacaq. Bu, istifadəçiyə öz sağlamlığına nəzarət etməyə kömək edəcək və əlavədəki hesabata uyğun heç bir əlavə analiz vermədən yenidən əlavə olaraq həkimə getmək lazım gəlməyəcək. 

 

Yeniliyin qiyməti 1000 ABŞ dolları təşkil edəcək. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər