Akif Çovdarovu həbsdə zəhərləmək istəyirlər?

635
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi, hazırda həbsdə olan Akif Çovdarov müəmmalı şəkildə həyatla vidalaşmaqdan qorxur. 

"BakuPost” xəbər verir ki, bu barədə "Yeni Müsavat” qəzeti yazıb. Yazılanlara görə, o, saxlanıldığı 1 saylı İstintaq Təcridxanasında son dərəcə ehtiyatlı davranış sərgiləyir. Kimsəylə əl verib görüşmür, ünsiyyətdən belə qaçır. İddiaya görə, Akif Çovdarov zəhərlənməkdən çəkinir. Onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsinə etiraz etməsi də bununla bağlı olub.

Qəzetin xatırlatmasına görə, bir müddət əvvəl A.Çovdarovun vəkili Sadiq Rəsulov müvəkkilinin səhhəti ilə bağlı bildirmişdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində A.Çovdarovu müalicə edə biləcək həkim yoxdur və təqsirləndirilən şəxs müalicə müəssisəsinə köçürülməkdən imtina edib. Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abasbəyli isə vəkilin fikirlərinə münasibət bildirərkən müalicə müəssisəsinin son illərdə müasir tibbi avadanlıqlarla təchiz edildiyini açıqlamışdı.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər