Ru
12:12 / 19 Noyabr 2018

Almaniyada azərbaycanlı miqrantlar arasında qanlı dava - Yaralananlar var

2647
Almaniyada azərbaycanlılar arasında qanlı dava olub.


BakuPost xəbər verir ki, hadisə Türingiya əyalətinin Qota şəhərində baş verib. Belə ki, ölkədə miqrant kimi yaşayan 53 yaşlı soydaşımız 2 həmyerlisini – 43 yaşlı kişi və 35 yaşlı qadını restorana nahara dəvət edib. Nahar zamanı onların arasında münaqişə yaranıb. Tərəflər restoranı tərk ediblər, lakin münaqişə yenə də davam edib. 


Koburq meydanında münaqişə əlbəyaxa davaya çevrilib. 53 yaşlı kişi qadını bıçaqlayıb. Digər şəxs ona mane olmaq istəyərkən isə əlindən xəsarət alıb. 

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vəziyyəti hazırda yaxşıdır.


Türingiya  polisi 53 yaşlı azərbaycanlını saxlayıb. Hadisə iştirakçılarının adları açıqlanmır. 


Hazırda faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər