Amaliya Pənahova ilə vida mərasimi keçirildi - FOTOLAR

482
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi başlayıb.

BakuPost xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, rəsmi şəxslər iştirak edirlər.

Məlumat üçün bildirək ki, A.Pənahova vəsiyyətinə əsasən həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında,"Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, xalq artisti ötən gün xərçəng xəstəliyindən 73 yaşında vəfat edib.
 
Fotolar Trend-ə aiddir:
 
 
 
 
 
 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər