Ru
11:20 / 19 Noyabr 2018

Amaliya Pənahovanın yerinə qızı gətirildi

3513
Bakı Bələdiyyə Teatrının direktoru vəzifəsinə mərhum xalq artisti Amaliya Pənahovanın qızı gətirilib.


BakuPost unikal.org-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın vəfatından sonra teatrın direktoru onun qızı Aynur Muxtarova təyin edilib. Aynur Muxtarova bu təyinata qədər Bakı Bələdiyyə tearının direktor müavini olub.


Xəbəri təsdiqləyən Bakı Bələdiyyə Teatrının Trubba müdiri Zemfira Babayeva bildirib ki, teatrda direktor vəzifəsini Aynur Muxtarova əvəz edir.


Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Amaliya Pənahova tərəfindən yaradılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər