AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırıldı - Sərəncam

912
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
 
BakuPost-un məlumatına görə,  Sərəncamda qeyd edilir ki, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

"Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli sərəncamının 2-ci hissəsi ləğv edilir.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər