AMEA Tarix İnstitutuna qarşı - Xəritə məsələsi

211
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Rus bölməsi üzrə "Ümumi tarix” dərsliyi ilə bağlı birgə məlumat yayıb. 
 
BakuPost.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu günlərdə  bir sıra KİV-lərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif "Ümumi tarix” dərsliyi ilə bağlı müraciəti yer alıb. Müraciətdə şərh olunan məsələlər  bir çox KİV-lərin xəbər başlıqlarında  AMEA-nın mövqeyi kimi göstərilir:

"Bu da yanlış rəylərə gətirib çıxarır və medianın əsas prinsiplərinə ziddir. AMEA-nın mətbuat xidməti olaraq bildiririk ki, akademiyanın struktur bölməsi olan Tarix İnstitutunun bu müraciəti bütövlükdə AMEA-nın mövqeyini əks etdirmir. AMEA-nın və Təhsil Nazirliyinin mətbuat xidmətləri kütləvi informasiya vasitələrindən qeyd olunan məsələdə dürüst və obyektiv olmağı, xəbər başlıqlarına diqqətlə yanaşmağı xahiş edir”.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər